XƏBƏR LENTİ
30 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Kişilər arasında ACF turunun birinci yarışı keçiriləcək
İdman 23:38 / 01.04.2024
Aprelin 2-də "Sərhədçi” İdman Mərkəzində Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kişilər arasında ACF turunun birinci turniri keçiriləcək. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda 27 klub, cəmiyyət və idman təşkilatından olan 100-ə yaxın cüdoçu qüvvəsini sınayacaq. Idmançılar turnirdə 7 çəki dərəcəsində mübarizə aparacaqlar. 
Qeyd edək ki, bu il üç belə turnirin keçirilməsi planlaşdırılır və bu yarışlar nəticəsində formalaşacaq reytinq siyahısında ilk yeri tutan idmançılar beynəlxalq turnirlərdə iştirak hüququ qazanacaq.
Yarışın məqsədi kişi cüdoçular arasında rəqabət səviyyəsinin, onların ustalığının yüksəldilməsi və yarış təcrübələrinin artırılmasına nail olmaqdır. Eyni zamanda, istedadlı idmançıların aşkarlanması və milli yığma komandaya cəlb olunmasıdır. 

1337 oxunub

InvestAZ