XƏBƏR LENTİ
29 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Premyer Liqa: "Neftçi" Qəbələ səfərindən qələbə ilə qayıdır
İdman 18:40 / 29.03.2024

Futbol üzrə Azərbaycan Premyer Liqasında dördüncü dövrəyə start verilib.

XXVIII turun açılış matçında "Qəbələ” və "Neftçi” komandaları üz-üzə gəlib. Qəbələ şəhər stadionunda təşkil olunan oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçda vurulan yegane qolun müəllifi Kilan Lebon olub. 

Bu nəticədən sonra xallarını 43-ə çatdıran Bakı klubu ikinci pilləyə yüksəlib. "Qırmızı-qaralar” isə 16 xalla turnir cədvəlinin sonuncu – 10-cu pilləsində qərarlaşıb.

Günün digər oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda "Kəpəz” və "Qarabağ” komandaları arasında olacaq. Qarşılaşma saat 19:00-da start götürəcək. Ağdam təmsilçisi bu matçda uduzmasa, sona 8 tur qalmış 11-ci ölkə çempionluğunu rəsmiləşdirəcək.



1634 oxunub

InvestAZ