XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Ukrayna millisi qitə çempionatının final mərhələsində
İdman 02:06 / 27.03.2024

Ukrayna millisi futbol üzrə Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb. Onlar pley-off mərhələsində İslandiya yığmasına 2:1 hesabı ilə qalib gələrək bu hüquqa yiyələniblər. Polşanın Vroslav şəhərində keçirilən oyunun 30-cu dəqiqəsində İslandiya millisi hesabı açıb. Albert Qudmundsson dəqiq zərbə ilə fərqlənib. Lakin Ukrayna millisini ikinci hissədə Viktor Tsıqankov (54-cü dəqiqə) və Mixail Mudrikin (84) vurduğu qollarla qələbə qazanmağa müvəffəq olub.

Ukrayna komandası bu qələbə sayəsində qitə çempionatında E qrupunda mübarizə aparacaq. Komandanın rəqibləri Rumıniya, Slovakiya və Belçika komandaları olacaq.


1508 oxunub

InvestAZ