XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Gürcüstan millisi tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazandı
İdman 00:10 / 27.03.2024
Gürcüstanın futbol üzrə milli komandası tarixində ilk dəfə olaraq Avropa çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Onlar Avropa çempionatında iştirak hüququ uğrunda həlledici pley-off matçında Yunanıstan millisini penaltilər seriyasında məğlub edərək bu hüquqa yiyələniblər.
Tbilisidəki "Dinamo Arena”da keçirilən oyunun əsas və əlavə olunmuş dəqiqələrində hesab açılmadığından penaltilər seriyasına ehtiyac duyulub. Burada daha dəqiq oynayan (4:2) Gürcüstan komandası Almaniyada təşkil olunacaq Avropa Çempionatında iştirak etmək hüququ əldə edib. 
Avro-2004-ün qalibləri isə ardıcıl üçüncü dəfə qitə çempionatının final mərhələsindən kənarda qalıblar. 
Avropa çempionatında F qrupunda mübarizə aparacaq Gürcüstan millisinin rəqibləri Türkiyə (18 iyun), Çexiya (22 iyun) və Portuqaliya (26 iyun) yığmaları olacaq.
Avropa çempionatı 2024-cü il iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. 

1323 oxunub

InvestAZ