XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Gürcüstan, Uels və İslandiyanın aqibəti necə olacaq?
İdman 20:10 / 24.03.2024

Bir sıra yarış və turnirlərdə əvvəlcədən proqnoz verən superkompyuter "Opta” AVRO-2024-ün pley-off mərhələsinin final matçlarının favoritlərini açıqlayıb. Ehtimallara görə Uels-Polşa cütlüyündə Robert Levandovskinin komandası favoritdir. Polyakların qələbəsinə 39 faiz inanmaq olar. Ukrayna-İslandiya cütlüyündə Ukrayna komandasının aşkar favorit olduğu daha aydın görünür – 66 faiz. "Opta” hesab edir ki, Gürcüstan-Yunanıstan cütlüyünün mübarizədə Villi Sanyolun komandası Avropa çempionatına vəsiqə qazana bilməyəcək. Bu qarşılaşmada superkompüter Gürcüstanın şansını 32, Yunanıstanın şansını isə 42 faiz nisbətində qiymətləndirib.

Məlumat üçün bildirək ki, martın 26-da Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda final görüşləri keçiriləcək.


1739 oxunub

InvestAZ