XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Dortmund sınağından növbəti qızıl medal
İdman 09:29 / 24.03.2024

Azərbaycan atıcısı Zeynəb Sultanova Almaniyanın Dortmund şəhərində keçirilən "ISAS-2024" beynəlxalq turnirində qızıl medal qazanıb.

Azərbaycan Atıcılıq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, idmançımız qızlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan güllə atma yarışında bütün rəqiblərinə qalib gələrək fəxri kürsüyə qalxıb.

Qeyd edək ki, Z.Sultanova daha əvvəl 25 metr məsafədə kiçik çaplı tapançadan sürətli atəş üzrə yarışda da birinci yeri tutub.

Turnirə bu gün yelun vurulacaq.


1439 oxunub

InvestAZ