XƏBƏR LENTİ
28 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Kişi həndbolçuların ölkə çempionatında növbəti turun oyunlarının təqvimi açıqlandı
İdman 12:30 / 13.03.2024

Kişi həndbolçular arasında Azərbaycan çempionatında XIV turun oyunlarının vaxtı müəyyənləşib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ilk olaraq martın 14-də çempionluğa iddialı olan "Azəryol” autsayderlər zonasında qərarlaşan "Dinamo”nu qəbul edəcək.  Qarşılaşma saat 19:00-da "AHF Arena”da təşkil olunacaq.

Martın 17-də isə çempionatın liderləri qarşılaşacaq. 19 xalla turnir cədvəlinə başçılıq edən "Kür” ən yaxın izləyicisi olan və ondan cəmi 1 xal az toplayan "Bakı”nı qəbul edəcək. "Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq oyun saat 14:00-da başlayacaq. Paytaxt təmsilçisi bu oyunda qalib gələrsə, liderliyi ələ keçirəcək.


1773 oxunub

InvestAZ