XƏBƏR LENTİ
29 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Bu gün qadın voleybolçular arasında Yüksək Liqada növbəti tura start veriləcək
İdman 11:21 / 05.03.2024

Bu gün qadın voleybolçular arasında Yüksək Liqada növbəti turun oyunlarına start veriləcək. Günün ilk matçı Gəncədə təşkil olunacaq. "Gəncə” komandası doğma meydanda "Milli Aviasiya Akademiyası”nı qəbul edəcək. Oyun 15:00-da start götürəcək.

Günün ikinci oyunu isə saat 17:00-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil olunacaq. Həmin oyunda "Abşeron” komandası "Murov Az Terminal”la üz-üzə gələcək.

Günün son oyununda isə turnir cədvəlinin lideri "Azərreyl” UNEC-in qonağı olacaq. Saat 18:00-da start götürəcək qarşılaşma UNEC-in idman zalında keçiriləcək.


2222 oxunub

InvestAZ