XƏBƏR LENTİ
29 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Əfsanəvi basketbolçu NBA-da rekordunu yenilədi
İdman 11:24 / 03.03.2024

ABŞ-ın "Los Anceles Leykers” klubunun basketbolçusu Lebron Ceyms Milli Basketbol Assosiasiyasında (NBA) yeni uğura imza atıb.

39 yaşlı idmançı peşəkar karyerasında 40 mininci xalını qazanıb.

O, buna "Denver"ə uduzduqları (114:124) qarşılaşmada nail olub. Beləliklə, əfsanəvi oyunçu öz rekordunu yeniləyib.

L.Ceyms 2023-cü ildə Kərim Abdul-Cabbarı geridə qoyaraq NBA-da ən məhsuldar basketbolçu adına sahib çıxmışdı.

Qeyd edək ki, 2003-cü ildən peşəkar karyerasını davam etdirən L.Ceyms 4 dəfə NBA çempionu olub.



1953 oxunub

InvestAZ