XƏBƏR LENTİ
29 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



SOCAR-ın qadınlardan ibarət komandası stolüstü tennis turnirinin qalibi olub
İdman 20:12 / 01.03.2024
Bu gün "İdman həftəsi” çərçivəsində Gənclər və İdman Nazirliyinin Azərbaycan Stolüstü Tennis Federasiyası ilə birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında keçirilən stolüstü tennis üzrə turnirə start verilib.
"Şüa” İdman Kompleksində təşkil olunan yarışda SOCAR-ın komandaları (kişi və qadın) da mübarizəyə qoşulub.
Qadınlardan ibarət SOCAR komandası Gənclər və İdman Nazirliyi (3:0), TƏBİB (3:0) və İqtisadiyyat Nazirliyinin (3:0) komandaları üzərində tam üstünlüklə qələbə qazanaraq turnirin qalibi olub.
SOCAR-ın kişilərdən ibarət komandası isə yer aldığı birinci qrupda Energetika Nazirliyi (3:0), Baş Prokurorluq (3:0) və TƏBİB (3:2) komandalarını məğlub edərək dörddəbir finala yüksəlib.
Deyd edək ki, kişi komandaları arasında final mərhələsinin oyunları sabah keçiriləcək.

3068 oxunub

InvestAZ