XƏBƏR LENTİ
29 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Qadın şahmatçılardan ibarət yığmamız Gürcüstanla heç-heçə edib
İdman 16:45 / 28.02.2024

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstan seçməsi ilə yoldaşlıq görüşü keçirib.

Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətiondənverilən məlumata görə, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət yığma Tbilisidəki ilk oyun günündə ağ fiqurlarla çıxış edib. Bütün partiyalar heç-heçə başa çatıb - 2,5:2,5.

Razılaşmaya əsasən, şahmatçılar 5 tur çərçivəsində bir-biri ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, oyunlar rəsmi xarakter daşıyır və nəticələr FIDE reytinqinə hesablanacaq. Yoldaşlıq görüşü qadın şahmatçılardan ibarət Azərbaycan millisinin Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsidir.


4194 oxunub

InvestAZ