XƏBƏR LENTİ
29 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



«McLaren» Şumaxerə kömək etməyə hazırdır
İdman 16:34 / 28.02.2024

«McLaren»in baş direktoru Zak Braun «Mercedes»in ehtiyat sürücüsü almaniyalı Mik Şumaxerə çempionata hazırlıq barədə dəstək verməyə hazırdır.

"Əgər Mikə bolidə yenidən öyrəşmək üçün kilometrlər lazımdırsa, biz ona 2022-ci il avtomobilini təklif etməyə və onun üçün sınaqlar təşkil etməyə hazırıq. Biz «Mercedes»lə sıx əməkdaşlıq edirik, ona görə də heç bir problem olmamalıdır”, - deyə Braunun sözlərini «Auto Motor und Sport» sitat gətirib.

Qeyd edək ki, Mik Formula1-ə qayıtmaq istəyir. «Motorsport Total»ın məlumatına görə, Şumaxer yenə də trasda deyil, yalnız simulyatorda işləyəcək.




4896 oxunub

InvestAZ