XƏBƏR LENTİ
28 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Azərbaycan birinciliyi başa çatdı
İdman 09:10 / 25.02.2024

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının 2024-cü il üçün təsdiq etdiyi təqvim planına əsasən təşkil olunan avarçəkmə üzrə Azərbaycan birinciliyinə yekun vurulub.

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda Bakı və Mingəçevirdən olan 2006-2007, 2008-2009 və 2010-2011-ci illər təvəllüdlü 100-dən artıq avarçəkən mübarizə aparıb.

Bu, son illərdə avarçəkmə üzrə keçirilən ölkədaxili turnirlərdə ən yüksək göstərici olunb. Yarışlarda fərqlənən ilk üç yerin qalibləri diplom və medallarla mükafatlandırılıblar. Həmçinin qaliblər may ayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən "Prezident Kuboku-2024” beynəlxalq reqatasında iştirak edəcək yığmanın heyətinə cəlb ediləcək.

Qeyd edək ki, AKAF-ın əsas prioritetlərindən biri yeniyetmə və gənclər arasında avarçəkmənin populyarlığını artırmaq, kütləviliyi təmin etmək, bununla da gələcəkdə güclü milli komanda formalaşdırmaqdır. Bu məqsədlə il ərzində yeniyetmə və gənclər arasında bir neçə ölkədaxili və beynəlxalq yarışların təşkili nəzərdə tutulub.


1931 oxunub

InvestAZ