XƏBƏR LENTİ
28 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Yüksək Liqa: "Azərreyl" liderliyini davam etdirir
İdman 22:50 / 22.02.2024
Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib. 
Bu gün "Murov Az Terminal” voleybol klubunun  idman zalında  "Azərreyl” və MOİK klubları üz-üzə gəlib. İlk setdən təşəbbüsə yiyələnən "Azərreyl” üstünlüyünü sonadək qoruyub və meydandan 3:0 hesablı qələbə ilə ayrılıb.

Beləliklə, "Azərreyl" 27 xalla (9 qələbə) turnir cədvəlinə liderlik edir. "Murov Az Terminal”ın 21 xalı (8 qələbə), "Neftçi”nin 19 (6 qələbə), "Xarı Bülbül Şuşa”nın 16 (5 qələbə), "Xarı Bülbül Laçın”ın 4 xalı (1 qələbə) var. MOİK-in isə qələbəsi və xalı yoxdur.


4535 oxunub

InvestAZ