XƏBƏR LENTİ
29 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Qadın şahmatçılar arasında Azərbaycan çempionatı keçirilir
İdman 12:12 / 12.02.2024
Qadın şahmatçılar arasında Azərbaycan çempionatına start verilib. 
Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda ötən il 18 yaşlı şahmatçılar arasında dünya çempionatının qalibi olan Ayan Allahverdiyeva o cümlədən beynəlxalq usta Səbinə İbrahimova da mübarizə aparır. Ümumilikdə 15 şahmatçının iştirak etdiyi yarışın reytinq favoriti Xəyalə Abdulladır.
Çempionatın mükafat fondu 15 min manat təşkil edir. Yarışın qalibi olacaq şahmatçı 6000 manat əldə edəcək. İlk iki yeri tutacaq şahmatçılar şəxsi Avropa çempionatına ezam olunacaq. 
Çempionatın baş hakimi İnara Topçiyevadı. 7 turdan ibarət Azərbaycan çempionatına fevralın 17-də yekun vurulacaq. 
Qeyd edək ki, çempionat Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçığı ilə keçirilir.

3256 oxunub

InvestAZ