XƏBƏR LENTİ
29 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Boksçularımız “Drakula” beynəlxalq turnirində mübarizə aparırlar
İdman 11:01 / 12.02.2024

Rumıniyanın Ploişti şəhərində yeniyetmə və gənc boksçular arasında "Drakula” beynəlxalq turnirinə start verilib.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda yığma komandamızın boksçuları da qüvvələrini sınayacaqlar.

Yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi Vaqif Kazımov və məşqçi Teymur Məmmədov yarışda 15 boksçunu sınaqdan keçirəcək.

Gənclərdən ibarət millinin baş məşqçisi Elbrus Rzayev və məşqçi Elvin Məmişzadənin rəhbərliyi altında isə 8 boksçumuz mübarizə aparacaq.

"Drakula”da Azərbaycanı hakim kimi Qalib Əbiyev təmsil edir.

Qeyd edək ki, yarışın final döyüşləri fevralın 17-18-də keçiriləcək.



4528 oxunub

InvestAZ