XƏBƏR LENTİ
29 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Azərbaycan Gimnastika Federasiyasının ümumi yığıncağı keçirilib
İdman 16:57 / 10.02.2024

Milli Gimnastika Arenasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) 14-cü ümumi yığıncağı keçirilib.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, hesabat xarakterli yığıncaqda qurumun İcra Komitəsinin üzvü Rauf Əliyev idmana və idmançılara daim diqqət və qayğı göstərən ölkə başçısı İlham Əliyevin prezident seçkilərində yenidən qələbə qazanması münasibətilə bütün idman ictimaiyyətini təbrik edib.

Əvvəlcə İcra Komitəsi tərəfindən təyin olunmuş mandat komissiyasının üzvləri, daha sonra ümumi yığıncağın protokolu və gündəliyi təsdiqlənib.

İclasda federasiyanın baş katibinin ötən il gimnastika idman növlərində əldə olunan nailiyyətlər, Bakıda təşkil olunan beynəlxalq yarışlar, bölgələrdə yeni bölmələrin fəaliyyəti və AGF-nin beynəlxalq arenadakı uğurlarından bəhs edən hesabatı videoformatda təqdim olunub.

Yığıncaqda federasiyanın ötən il üzrə maliyyə hesabatı da dinlənilib.

AGF-nin İcra Komitəsinin üzvü, gənclər və idman nazirinin müavini Mariana Vasileva 2023-cü ilin gimnastlar üçün uğurlu olduğunu, qarşıda idmançıları daha məsuliyyətli Olimpiya ilinin gözlədiyini bildirib. O, əldə olunan nailiyyətlərin Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevanın böyük diqqət və qayğısı nəticəsində mümkün olduğunu qeyd edib.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) kafedra müdiri Qyurka Qançeva AGF və ADBTİA arasında mövcud olan uğurlu əməkdaşlıqdan söz açaraq, qarşılıqlı fəaliyyətin bundan sonra da davam edəcəyini diqqətə çatdırıb.

AGF-nin Veteranlar Şurasının sədri Elşad Nərimanov veteran gimnastların da federasiya rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunduğunu vurğulayıb.

Daha sonra 2023-cü ildə gimnastika sahəsində nailiyyət qazanmış idmançılara xatirə medalları təqdim olunub.

Bakıda keçirilmiş bədii gimnastika üzrə Avropa çempionatının qalibi Kamilla Əliyeva, İngiltərənin Birmingem şəhərində təşkil olunmuş batut gimnastikası və tamblinq üzrə dünya çempionatının komanda hesabında qalibləri - Tofiq Əliyev və Adil Hacızadə (tamblinq) AGF-nin gümüş medalı ilə təltif olunublar.

Ümumi yığıncaq rəsmi bağlanışla işini yekunlaşdırıb.


2558 oxunub

InvestAZ