XƏBƏR LENTİ
08 Sentyabr 2024
06 Sentyabr 2024
05 Sentyabr 2024
04 Sentyabr 2024
03 Sentyabr 2024
31 Avqust 2024
30 Avqust 2024
29 Avqust 2024
28 Avqust 2024
27 Avqust 2024
26 Avqust 2024



Antiterror tədbirlərində iştirak edən Avropa mükafatçımız
İdman 12:29 / 02.10.2023
Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirlərində iştirak edənlər arasında idmançıların da sayı az deyil. Onların arasında savat döyüş növü üzrə Avropa çempionatının bürünc mükafatçısı Sənan Babazadə də var. Gəncə Şəhər Polis İdarəsinin xüsusi təyinatlısı olan Sənan döyüşlərdə qolundan və başından yaralanıb. O, hazırda Gəncə şəhərində yerləşən Abbas Səhhət adına 1 nömrəli xəstəxanada müalicə alır.
Qeyd edək ki, Sənan Babazadə avqustun 31-dən sentyabrın 2-dək Xorvatiyanın paytaxtı Zaqrebdə təşkil olunan savat döyüş növü üzrə Avropa çempionatında bürünc medal qazanıb. Asiya kubokunun qalibi olan Sənan həmçinin bu il "Xorvatiya Open” və "Macarıstan Open” turnirlərində də bürünc mükafata sahib olub. O, bundan başqa Heydər Əliyevin xatirəsinə həsr olunmuş respublika turnirinin qalibidir.

10069 oxunub

InvestAZ