XƏBƏR LENTİ
04 Oktyabr 2023
03 Oktyabr 2023
02 Oktyabr 2023
01 Oktyabr 2023
29 Sentyabr 2023
22 Sentyabr 2023
21 Sentyabr 2023
20 Sentyabr 2023



Stolüstü tennisçilərimiz yarımfinala vəsiqə qazandılar
İdman 13:12 / 19.09.2023

Stolüstü tennisçilərimiz Gürcüstanın Batumi şəhərində keçirilən dünya seriyalı "WTT Youth Contender” turnirində mübarizəyə uğurla başlayıblar. Təmsilçilərimizdən Aylin Əsgərova, Mərziyyə Nurmətova, Arzu Aslanova 17 yaşadək idmançılar arasında, Yağmur Məmmədli isə 13 yaşadək idmançılar arasında qrup mərhələsini inamla adlayıb.

Qeyd edək ki, stolüstü tennisçilərimizdən dördü qrup mərhələsində erməni rəqibi üzərində qələbə qazanıb. Aylin Əsgərova Mariam Ambarsumyanı 3-0, Mərziyyə Nurmətova Arianna Qalstyanı 3-0, Arzu Aslanova Ellada Gevoqyanı 3-1, Aysu Ağayeva isə Madlen Sarıbekyanı 3-0 hesabı ilə üstələyib.

Növbəti mərhələdə Mərziyyə Nurmətova Arzu Aslanovanı, Aylin Əsgərova gürcüstanlı, Yağmur Məmmədli isə türkiyəli rəqibini mübarizədən kənarlaşdıraraq yarımfinala yüksəlib. Final uğrunda görüşlər sabah keçiriləcək.


667 oxunub

InvestAZ