XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Dünya Taekvondo Federasiyası Azərbaycan millisini mükafatlandırıb
İdman 00:53 / 05.06.2023

Bakıda keçirilən taekvondo üzrə 26-cı dünya çempionatında çıxış edən Azərbaycan millisi mükafatlandırılıb. "Baku Crystal Hall”da təşkil olunan çempionatda yığmamız Dünya Taekvondo Federasiyası tərəfindən "Ən yaxşı döyüşçü ruhu" nominasiyasında fərqlənib.

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Dünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edən çempionat "Öz gücünü alovlandır” şüarı altında təşkil olunub. Dünya çempionatında 145 ölkədən 949 taekvondoçu 16 çəki dərəcəsində mübarizə aparıb. Dünya çempionu olan idmançı aktivinə 140 reytinq xalı əlavə edib.

Milli komandamız çempionata Səyyad Dadaşov (54 kq), Qaşim Maqomedov (58 kq), Xanoğlan Kərimov (63 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Ələsgər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq), Həmidrza Bədriəliabadi (+87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq), Səmərrux Osmanova (53 kq), Fatimə Məcidova (62 kq) və Fəridə Əzizovadan (67 kq) ibarət heyətlə qatılıb. Təəssüf ki, təmsilçilərimiz mükafatçılar sırasında yer ala bilməyib.

Çempionatda ümumilikdə 150-dən çox ölkədən 2000-ə yaxın qonaq iştirak edib. Çempionat çərçivəsində silsilə tədbirlər keçirilib.


7538 oxunub

InvestAZ