XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Azərbaycan çempionatının ən yaxşıları müəyyənləşdi
İdman 10:39 / 02.06.2023

Kişi həndbolçular arasında keçirilən XXIX Azərbaycan çempionatının ən yaxşılarının adlarına aydınlıq gəlib. Ölkə çempionu adına layiq görülən "İdman Akademiyası”nın 3 üzvü bu siyahıda yer alıb. Rəqib qapılarından daha çox top keçirən Fəda Yusifov ən yaxşı bombardir olub.

Komandanın digər üzvləri - Hüseyn Qafarov ən yaxşı qapıçı, Sabir Nəzərəliyev ən yaxşı oyunçu statusunu qazanıb. "İdman Akademiyası”nın çalışdırıcısı, Əməkdar bədən tərbiyəsi və idman xadimi Vidadi Əliyev isə mövsümün ən yaxşı baş məşqçisi adına layiq görülüb.

Avropa Həndbol Federasiyasının üzvü İsgəndər Əsgərov çempionatın ən yaxşı nümayəndəsi, Ələkbər Ağakişiyev - Ernest Ağakişi cütlüyü isə ən yaxşı hakimi olub.

Xatırladaq ki, "İdman Akademiyası” çempionatın qızıl, "Dinamo” gümüş, "Məhsul” isə bürünc medallarına sahib çıxıb.


7735 oxunub

InvestAZ