XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Voleybol millimizə təyin olunan türkiyəli mütəxəssis ictimaiyyətə təqdim edildi
İdman 14:28 / 16.05.2023
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi postuna təyin olunan türkiyəli mütəxəssis Ataman Güneyligil mayın 16-da ictimaiyyətə təqdim olunub. 41 yaşlı təcrübəli mütəxəssis Türkiyənin qadınlardan ibarət U-20 və U-23 yığmalarında, eləcə də müxtəlif klublarda çalışıb, bir sıra nailiyyətlər əldə edib.

Ataman Güneyligilin rəhbərliyi altında Türkiyənin U-23 komandası 2017-ci ildə dünya çempionatında qızıl, ölkənin əsas yığması isə "Yeltsin kuboku”nda bürünc medal qazanıb.

Azərbaycan Voleybol Federasiyası məşqçi ilə üç aylıq müqavilə imzalayıb.



7076 oxunub

InvestAZ