XƏBƏR LENTİ
26 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Çempionlar Liqası: Bu gün ilk finalçının adına aydınlıq gələcək
İdman 14:13 / 16.05.2023

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarına start veriləcək. Turnirin ilk finalçısı İtaliyada keçiriləcək Milan derbisində bəlli olacaq. Birinci oyunda "İnter"ə 0:2 hesabı ilə uduzan "Milan" məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.  "Cüzeppe Meatsa” stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü fransalı FIFA referisi Kleman Türpen idarə edəcək.

Qeyd edək ki, yarımfinalın digər oyununda İspaniyanın "Real Madrid” komandası İngiltərədə "Mançester Siti”nin qonağı olacaq. "Mançester Siti” – "Real Madrid” oyunu mayın 17-də keçiriləcək.


7307 oxunub

InvestAZ