XƏBƏR LENTİ
27 Aprel 2024
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



AMADA görmə imkanları məhdud idmançılar üçün innovasiyalar təqdim edib
İdman 11:47 / 17.05.2019

Azərbaycan Milli Antidopinq Agentliyi Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan paracüdo üzrə beynəlxalq Qran-Pri yarışlarında dopinqlə mübarizə sahəsində dünyada ilk olaraq innovativ təşviqat proqramını təqdim edib.
36 ölkədən 400-dən çox qonağın iştirak etdiyi turnir üçün hazırlanan xüsusi təşviqat proqramı çərçivəsində Azərbaycan və ingilis dillərində Brayl əlifbası ilə çap edilmiş üç növ məlumatlandırıcı materiallar və testlər hazırlanıb və paylanılıb.
Həmçinin AMADA dünyada ilk dəfə olaraq görmə imkanları məhdud idmançılar üçün interaktiv audio əsaslı "iQuiz” antidopinq viktorina sistemini hazırlayıb. Beş sualdan ibarət bu xüsusi qurğu onların məhdud imkanlarını nəzərə alaraq dopinqlə mübarizə sahəsində biliklərini yoxlamağa imkan verir. Hər düzgün cavab bir "vazari” xalı, hər səhv cavab isə "şido” cəriməsi ilə nəticələnir. İki səhv cavab verən iştirakçı məğlub olur. Ən azı dörd sualı düzgün cavablandıran cüdoçü isə "ippon”, yəni, qələbə qazanır.
Yarışda iştirak edən idmançılar, o cümlədən ikiqat Paralimpiya çempionumuz İlham Zəkiyev, bir sıra milli və xarici idmançılar turnirin keçirildiyi günlərdə antidopinq biliklərini nümayiş etdirərək AMADA-dan xüsusi hədiyyələr qazanıblar.

21542 oxunub

InvestAZ