XƏBƏR LENTİ
07 Noyabr 2025
06 Noyabr 2025
05 Noyabr 2025
04 Noyabr 2025
03 Noyabr 2025
31 Oktyabr 2025
30 Oktyabr 2025
29 Oktyabr 2025
28 Oktyabr 2025



Beyl qolfda yeni səhifə yaradır
İdman 12:30 / 24.01.2023
Futbolla vidalaşan Qaret Beyl 2 həftə sonra qolf karyerasına start verəcək. O, bu məlumatı şəxsi İnstaqram hesabında bildirib. Uels millisinin 33 yaşlı keçmiş üzvü peşəkar qolf turnirində oynayacağını açıqlayıb: "Gələn ayın əvvəlində "AT&T Pebble Beach Pro-Am"də oynayacağımı elan etməkdən məmnunam!"

Turnir fevralın 2-dən 5-dək Kaliforniyada keçiriləcək. Burada 156 peşəkar və 156 həvəskar qolfçu iştirak edəcək. İştirakçılar arasında aktyorlar Bill Mürrey və Ceyson Beytman, həmçinin 2022-ci ilin yayında ABŞ Açıq çempionatının qalibi olmuş qolfçu Mett Fitspatrik və əvvəllər dünya üzrə bir nömrəli olan Luk Donald və Cordan Spit də olacaq.

Turnirin mükafat fondu 9 milyon dollardır. Bu, Beylin ilk peşəkar qolf turniri olacaq.

Qeyd edək ki, Q.Beyl yanvarın 9-da futbolçu karyerasını başa vurduğunu açıqlayıb. "Real", "Tottenhem", "Sauthempton", "Los Anceles" kimi komandaların formasını geyinmiş Beyl 5 dəfə Çempionlar Liqasının, 4 dəfə Klublararası Dünya Kubokunun, 3 dəfə La Liqanın, 2 dəfə Avropa Superkubokunun, 2 dəfə İspaniya Super kubokunun və 1 dəfə İspaniya kubokunun qalibi olub.

22823 oxunub

InvestAZ