XƏBƏR LENTİ
15 Mart 2026
14 Mart 2026
13 Mart 2026
12 Mart 2026
11 Mart 2026
10 Mart 2026
09 Mart 2026
08 Mart 2026



“Barselona” minimal hesablı qələbə ilə üçüncü sıraya yüksəldi
İdman 02:49 / 04.12.2023

Futbol üzrə İspaniya La Liqasında XV turun oyunları davam edir. Turun mərkəzi oyununda "Barselona” və "Atletiko” komandaları üz-üzə gəlib. Oyun Kataloniya təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb 1:0. Matçda vurulan yeganə qolun müəllifi Joa Feliks olub. O, 28-ci dəqiqədə dəqiq zərbə ilə komandasına qələbə qazandıran qolu vurub. Xavi Hernandesin komandası bu qələbədən sonra xallarının sayını 34-ə çatdıraraq üçüncü pilləyə yüksəlib. "Barselona”dan üç xal geri qalan "Atletiko" isə 4-cüdür. Turnir cədvəlinə 38 xalla "Real” komandası başçılıq edir.


19861 oxunub

InvestAZ