XƏBƏR LENTİ
28 Fevral 2026
27 Fevral 2026
26 Fevral 2026
25 Fevral 2026
24 Fevral 2026
23 Fevral 2026
22 Fevral 2026
21 Fevral 2026



Ronaldo dünya futbol tarixinə düşdü
İdman 11:21 / 22.09.2023

Potuqaliyalı ulduz futbolçuKriştianu Ronaldo1000 məğlubiyyətsiz oyunla dünya futbol tarixinə düşüb.Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS)məlumatına görə, o,bunu reallaşdıran ilk futbolçu olub.

38 yaşlı hücumçu milli və klubların heyətində 776 görüşdə qələbə sevinci yaşayıb, 224 dəfə isə heç-heçəyə şahidlik edib. O, son olaraq üç gün əvvəl Səudiyyə Ərəbistanının "Əl-Nəsr” klubunun heyətində Asiya Çempionlar Liqasının qrup mərhələsində İran təmsilçisi "Persepolis” üzərində qələbə qazandıqları (2:0) matçda meydanda olub.

Ronaldu karyerası ərzində 1182 rəsmi qarşılaşmada iştirak edib, 182 dəfə komandasının məğlubiyyətinə üzülüb.



23066 oxunub

InvestAZ