XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Türkiyəli mütəxəssisin iştirakı ilə mətbuat konfransı keçirilib
İdman 17:04 / 08.06.2023

Azərbaycanın voleybol üzrə yeniyetmə və gənc qızlardan ibarət komandalarına yeni baş məşqçi təyin olunmuş türkiyəli mütəxəssis Şahin Çatmanın iştirakı ilə mətbuat konfransı keçirilib. Voleybol Mərkəzində təşkil olunan mətbuat konfransında Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov, vitse-prezidentler Faiq Qarayev və Bəhruz Quliyev, baş katib Faiq Orucov, federasiyanın digər əməkdaşları və media nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Ş.Bağırov qonaqları salamlayaraq federasiyanın yeniyetmə və gənc voleybolçuların yetişdirilməsi istiqamətində həyata keçirilən işlərdən danışıb. Qurum rəhbəri bu sahənin daha da inkişaf etdirilməsi məqsədilə türkiyəli mütəxəssis Şahin Çatmanın ölkəmizə dəvət olunduğunu bildirib. Ş.Bağırov təcrübəli mütəxəssislə muqavilə imzalandığını və avqustdan bu işlərə start verəcəyini vurğulayıb. Həmçinin onun artıq paytaxtda və bölgələrdə bir sıra seleksiya işləri apardığını da əlavə edib.

Sonra Şahin Çatma çıxış edərək AVF rəhbərliyinə ona etimad göstərildiyinə görə təşəkkürünü bildirib. Ölkəmizdə daim uşaq voleyboluna diqqət ayrıldığını deyən türkiyəli mütəxəssis bu istiqamətin daha da inkişaf etdirilməsi üçün çalışacaqlarını bildirib.

Vitse-prezident Faiq Qarayev çıxış edərək Ş.Çatmayla Türkiyədə birgə çalışdıqlarını deyib, federasiyasının ölkəmizdə yeniyetmə və gənc voleybolçuların yetişdirilməsi işində onun böyük köməyi olacağına inandığını vurğulayıb, uğurlar arzulayıb.

Sonda jurnalistlərin sualları cavablandırılıb.


7404 oxunub

InvestAZ