SON XƏBƏRLƏR
-
17.07.2026, 11:37
İdmanDünya çempionlarına xüsusi üzük veriləcək
-
17.07.2026, 11:09
İdmanAzərbaycan Premyer Liqasında yeni mövsümün püşkatma mərasimi keçiriləcək
-
17.07.2026, 10:15
İdmanAzərbaycanın UEFA reytinqindəki əmsalı artıb
-
17.07.2026, 01:58
İdmanAvropa Liqası: "Qarabağ" növbəti mərhələdə
-
17.07.2026, 00:14
İdmanGüləşçimiz Macarıstanda da çempion oldu
-
17.07.2026, 00:14
İdmanGüləşçimiz Macarıstanda da çempion oldu
-
16.07.2026, 22:46
İdmanBakıda keçiriləcək U17 güləş üzrə dünya çempionatı: Azərbaycanın seçilməsinin başlıca səbəbləri
-
16.07.2026, 21:57
İdman"Zirə" Konfrans Liqasının növbəti mərhələsində
-
16.07.2026, 14:50
İdmanSofiyada gümüş medal
-
16.07.2026, 14:48
İdmanBakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş mətbuat konfransı keçirilib
-
16.07.2026, 13:20
İdmanRəşad Rəsullu: "Dünya çempionatı komandamızın hazırkı səviyyəsini qiymətləndirmək baxımından böyük əhəmiyyət daşıyır"
-
16.07.2026, 13:09
İdmanCüdo üzrə dünya ulduzları Bakıya gələcək
-
16.07.2026, 12:59
İdmanDünya çempionatında 90-a yaxın ölkədən 600-dən çox cüdoçunun iştirak edəcəyi gözlənilir
-
16.07.2026, 12:42
İdmanRəşad Rəsullu: "İndiyədək 20-yə yaxın ölkədən cüdo həvəskarları yarış üçün bilet əldə edib"
-
16.07.2026, 12:33
İdmanRəşad Rəsullu: "Məqsədimiz bu dünya çempionatını ən yüksək səviyyədə təşkil etməkdir"
-
16.07.2026, 10:57
İdmanBakıda keçiriləcək dünya çempionatında rekord sayda iştirakçı
-
16.07.2026, 10:27
İdmanAvarçəkmə və kanoe üzrə açıq Bakı çempionatı keçiriləcək
-
16.07.2026, 10:07
İdman"Qarabağ" Avropa Liqasında cavab oyununa çıxır
-
16.07.2026, 01:16
GündəmArgentina möhtəşəm geridönüşlə dünya çempionatının finalında
-
15.07.2026, 10:08
İdmanDünya çempionatının növbəti finalçısı müəyyənləşir
-
15.07.2026, 00:06
İdmanİspaniya Dünya çempionatının finalına vəsiqə qazandı
-
14.07.2026, 13:51
İdmanMingəçevirdə "Kürü keçək?! 5" açıq suda kütləvi üzmə yarışı keçiriləcək
-
14.07.2026, 11:59
GündəmMedia və Yayım Şurasının yaradılması təklifi qəbul edildi
-
14.07.2026, 11:54
MüsahibəŞakir Quliyev: "Dinləyicilərin sevgisini qazanmaq bizim üçün ən böyük uğur idi" - MÜSAHİBƏ
-
14.07.2026, 11:14
İdmanGüləşçilərimiz Budapeştdə ilin son reytinq turnirində çıxış edəcəklər
-
14.07.2026, 10:57
İdman"Çelsi" heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
-
14.07.2026, 10:27
İdmanDünya çempionatında yarımfinal həyəcanı başlayır
-
14.07.2026, 10:05
İdman"Sabah" bu gün Çempionlar Liqasında cavab oyununa çıxacaq
-
13.07.2026, 17:11
İdmanDünya çempionatının loqosu təsdiqlənib
-
13.07.2026, 16:46
İdmanParislilər heyətini yeni müdafiəçi ilə gücləndirmək istəyir
-
13.07.2026, 16:18
İdman"Səbail" yeni transferini açıqladı
-
13.07.2026, 15:59
İdmanAvarçəkənimiz gümüş medal qazandı
-
13.07.2026, 13:04
İdmanMillimiz Şabranda təlim-məşq toplanışında iştirak edib
-
13.07.2026, 10:54
İdmanAzərbaycan avarçəkənləri Potidə 18 medal qazanıblar
Qəhrəmanlıq tariximizə şərəf qatanlar
İdman
08.06.2026, 18:17
44 günlük haqq savaşımızda Azərbaycan ordusu şanlı qələbə qazandı. Tarixi zəfərin əldə olunmasında minlərlə Vətən övladından biri də şəhid Arif Qeybiyevdir. Əzəli yurd yerimiz olan Qarabağımızın azadlığı uğrunda müqəddəs şəhidlik zirvəsinə ucalan bu Vətən sevdalısı 1997-ci il iyunun 6-da Astara rayonunun Səncərədi kəndində dünyaya göz açıb. Onun ömür yolu qısa olsa da, gələcək nəsillər üçün bir tarix yazıb getdi. Həmçinin dövlət tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, Füzulinin, Xocavəndin azadlığına görə medallara layiq görülən Arifin adı qazanılan parlaq qələbəmizin mərdlik, qəhrəmanlıq simvoluna dönərək dillərdən düşmür. Bizlərə əmanət qoyduğu Gülnur adlı qızı da Vətəninə layiqli bir övlad kimi boy atır.
Köksündə əsl qəhrəman ürəyi döyünən Vətənin qeyrətli oğlu Arif Qeybiyev E.Ağayev adına Səncərədi kənd tam orta məktəbdə oxuduğu zaman idmanın atletika növü ilə məşğul olub. Əldə etdiyi uğurlar ona pərəstişkarları arasında yaxşı hörmət də qazandırıb. İdmana qəlbən bağlandığına görə orta məktəbi bitirən ili Astara Pedaqoji Kollecinin idman fakültəsində təhsilini davam edib. Qatıldığı idman yarışlardan qalib ayrılmaq onun həyat kredosuna çevrilib. Rayon və ölkə üzrə yarışlarda ilk üçlüyə düşüb. Atletika üzrə 50-dən çox diploma sahib olub, onların 30-u yalnız birincilik üzrədir. 2015-ci il Avropa Oyunlarında iştirak edib. Tarixi İpək yolu üzərində yerləşən qədim Astarada alov qoruyanların məşəl yürüşünə Arif də qatılıb. Kross qaçışı üzrə üçqat Azərbaycan çempionu, Atletika üzrə gənclər arasında Azərbaycan çempionu, Avropa Olimpiya təsnifat yarışlarının iştirakçısı, Yeniyetmələr arasında Respublika Birinciliyinin qalibi olub.
Arif Qeybiyev 2016-cı ilin iyul ayında faşist xislətli dığalardan qisas almaq məqsədilə ordu sıralarına gedib. Bakı şəhərində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmətə başlayıb. Daha sonra xidmətini Naxçıvan Muxtar Respublikasında xüsusi təyinatlıların bölüyündə davam etdirib. Hərbi xidməti müddətində 2 dəfə tərifnamə ilə təltif olunub. 2018-ci ilin yanvar ayında əsgəri borcunu şərəflə başa vurub. Buna baxmayaraq canına yağı dadanmış yurdunun taleyi Arifi rahat buraxmırdı. Özlüyündə bir qədər götür-qoy etdikdən sonra həyatını hərbiyə bağlamaq qərarını verib. Beləcə ürəyinin istədiyini əsas götürərək yenidən ön cəbhəyə dönməyi və məkrli düşmənlə məqamı gələndə sona qədər döyüşərək qisasını alacağına and içib. 2018-ci ilin oktyabr ayında Arif hərbi kursa çağırılıb. 2019-cu ilin yanvar ayında Ağcabədi rayonunda yerləşən hərbi hissədə tankçı vəzifəsində çalışıb. Qısa zaman kəsiyində zabitlərin, əsgərlərin sevimlisinə çevrilib. Həmin ilin avqust ayında təyinatı Füzuli rayonunda yerləşən hərbi hissəyə verilib və şəhadətinə qədər xidmətini orada davam etdirib. Qatıldığı bütün təlimlərdə həmişə döyüş igidliyinə görə fərqlənib, neçə-neçə çətin sınaqlardan alnıaçıq çıxıb, hünəri hamını heyran qoyub.
Vətənini, torpağını canından artıq sevən, son dərəcə cəsur, mərd bir gənc olan tankçı Arif Qeybiyev 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə birincilər sırasında odun-alovun içinə girib. Ölüm-dirim müharibə meydanında dostu Mirrahil Teymurlunun tankı minaya düşüb və Arif öz tankından enərək, 100-200 metr aralıda olan dostunun tankına çatıb, onu xilas etmək istəyərkən erməni snayperinin gülləsinə tuş gəlib və şəhadətə ucalıb. Cismən aramızdan getsə də, mənən əbədi olaraq milyonların ürəyinə köçüb.
Bəli, Vətən uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq ən böyük şərəf və qürurdur. Arifə belə bir ölməzlik nəsib olduğu üçün o, xalq, dövlət tərəfindən heç vaxt unudulmur, ehtiramla xatırlanır.
Həmçinin 2021-ci ilin oktyabrın 10-da Milli Olimpiya Komitəsinin, Atletika Federasiyasının, eləcə Gənclər və İdman Nazirliyinin təşəbbüsü sayəsində Astara şəhər bulvarında şəhid Arif Qeybiyevin xatirəsinə həsr edilmiş atletika yarışı keçirilib. Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, millət vəkili Rəşad Mahmudov, Astara Rayon İcra Hakimiyyətinin nümayəndələri, Atletika Federasiyasının vitse-prezidenti Firat Hüseynov, Federasiyanın baş katibi Məhərrəm Sultanzadə, Gənclər və İdman Nazirliyində Federasiyanın əməkdaşı Sevda Mirzəyeva və Atletika Federasiyasının icraçı direktoru Kamal Əhmədov iştirak ediblər.
Natiqlər şəhid Arif Qeybiyevin döyüş meydanında göstərdiyi misilsiz şücaətindən , şərəfli döyüş yolundan danışaraq onun vətənpərvərliyinin, xalqına sevgisinin gənclər üçün örnək olduğunu qürurla dilə gətiriblər. Həmçinin zəfər şəhidinin sağlığında ölkəmizin idman həyatına verdiyi töhfədən, yarışlarda qazandığı uğurlardan danışılıb, I Avropa Oyunlarında Olimpiya məşəlini məhz Astarada onun qaldırdığı deyili, Olimpiya komandamızın ilk şəhidi olduğu vurğulanıb.
Astara elinin qəhrəman oğlu Arifin 29 yaşı tamam oldu. Doğum günü münasibətilə rayon rəsmiləri, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının sədri Həbib Cəfərov və Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində çalışan mədəniyyət işçiləri şəhidin ailəsinə baş çəkib və məzarını ziyarət edib təzə güllərdən ona çələng hörüblər. Söhbət zamanı bildirilib ki, Arif Vətən uğrunda canından keçərək Azərbaycanın yeni, şanlı tarixini yazan igid, qeyrətli Vətən sevdalısı oldu. Məhz buna görə də qərinələr ötsə belə o, daim qəlblərdə yaşayacaq və şərəfli həyat yolu əsl qəhrəmanlıq məktəbi kimi gələn nəsillərə nümunə göstəriləcək.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü