SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

Dünya çempionatı: Boksçularımızın ilk rəqibləri müəyyənləşdi

Dünya çempionatı: Boksçularımızın ilk rəqibləri müəyyənləşdi

İdman

15.03.2023, 18:33

Azərbaycanın qadın boksçularının Hindistanın paytaxtı Yeni Dehlidə keçiriləcək dünya çempionatındakı ilk rəqibləri bəlli olub. Mübarizəyə ilk olaraq Anaxanım İsmayılova və Zeynəb Rəhimova qoşulacaqlar.

Dünya çempionatı

1/32 final 16 mart Anaxanım İsmayılova (50 kq) – Zarin Nixad (Hindistan) Zeynəb Rəhimova (54 kq) – Lethokule Sibisi (CAR)

1/16 final 18 mart Günel Rəhimova (48 kq) – Snejana Silykoviç (Serbiya) Şəhla Allahverdiyeva (66 kq) – Mariya Ernandes (Dominikan Respublikası)

19 mart Məhsəti Həmzəyeva (57 kq) – Cennifer Peters (Yeni Zelandiya)

22 mart 1/4 final Aynur Rzayeva (+81 kq) – Angel Corc Eyed (Trinidad və Tobaqo)/Kelin Li-Lo (Yeni Zelandiya)

Qeyd edək ki, 2,4 milyon ABŞ dolları mükafat fondu olan mundialın final döyüşləri martın 25-də və 26-da keçiriləcək. 65 ölkədən 300-dən artıq boksçunun qatıldığı yarışın qalibi 100, finalçısı 50, bürünc medalçısı 25 min dollar qazanacaq.

Dİgər xəbərlər