SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR

AVF rəsmisinə növbəti etimad

AVF rəsmisinə növbəti etimad

İdman

23.01.2023, 13:38

Azərbaycan Voleybol Federasiyasının (AVF) baş koordinatoru Zöhrab Gözəlbəyli Avropa Voleybol Konfederasiyasından yeni ntəyinat alıb. O, kişi voleybolçular arasında Çelenc Kubokunun 1/4 final matçının supervayzeri təyin edilib.

Federasiya rəsmisi yanvarın 26-da Buxarestdə Rumıniyanın "Styaua" və Yunanıstanın "Olimpiakos" komandaları arasındakı qarşılaşmada hakimlərin işinə qiymət verəcək.

Qeyd edək ki, görüşün ədalət təmsilçiləri niderlandlı Mark Yan Vinstra və italiyalı Mitsele Brunelli olacaq.

Dİgər xəbərlər