XƏBƏR LENTİ
24 Aprel 2024
23 Aprel 2024
22 Aprel 2024
21 Aprel 2024



Ağırlıqqaldıranlarımız bu gün qitə birinciliyində mübarizəyə başlayırlar
İdman 11:07 / 12.08.2022
Polşanın Raşin şəhərində 15 və 17 yaşlı yeniyetmələr arasında ağırlıqqaldırma üzrə Avropa birinciliyi start götürüb. Yarışda Azərbaycan yığma komandasını məşqçi Oktay Muxtarovun rəhbərliyi altında 5 idmançı təmsil edir. Belə ki, 15 yaşadək qızlar arasında Zəhra Niftəliyeva (71 kq), oğlanların turnirində Turan Əliyev (61 kq) güclərini sınayacaqlar. 17 yaşadək qızların yarışında Rahilə Hüseynzadə (81 kq) iştirak edəcək. Qasım İsmayılov (61 kq) və Ravin Alməmmədov (67 kq) isə bu yaş qrupu üzrə oğlanlar arasında keçiriləcək turnirdə mübarizə aparacaqlar.
Bu gün Turan Əliyev və Qasım İsmayılov körpücük üzərinə çıxacaqlar.
Avqustun 18-dək davam edəcək qitə birinciliyində 36 ölkədən 393 nəfər (192 qız, 201 oğlan) atlet iştirak edəcək.

15512 oxunub

InvestAZ