XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



“B” kateqoriyalı məşqçi millimizdə işləyəcək
İdman 14:38 / 19.01.2022
U-15 və U-16 millilərdə yeni məşqçi təyinatı olub. Amil Ağacanov yeniyetmələrdən ibarət milli komandalara qapıçılar üzrə məşqçi təyin olunub.
Qeyd edək ki, Ağacanov Premyer Liqa klublarından AZAL və "Simurq"un şərəfini qoruyub, vaxtı ilə "Səbail"in akademiyasında qapıçılar üzrə məşqçi işləyib. Onun son iş yeri isə
Naxçıvan Futbol Federasiyasının Futbol Akademiyası olub.
Ağacanov bu yaxınlarda UEFA-nın qapıçılar üzrə "B” kateqoriyalı məşqçi kursunu tamamlayıb.

16850 oxunub

InvestAZ