XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024



“Neftçi” və “Qarabağ”a xəbərdarlıq edildi
İdman 18:17 / 17.09.2021

AFFA-nın İntizam Komitəsi "Neftçi” və "Qarabağ” klublarına xəbərdarlıq edib. Bu, Azərbaycan Premyer Liqasının üçüncü turunda iki komanda arasında keçirilmiş qarşılaşma ilə əlaqədardır. Klublar ictimai asayişin və təhlükəsizliyin daha da gücləndirilməsi vacibliyinə dair xəbərdarlıq alıblar. Bundan əlavə, 4 oyunçusu sarı vərəqə aldığı üçün "Neftçi” 800 manat məbləğində cərimələnib.
Qeyd edək ki, "Bakcell Arena”da keçirilən görüş "Qarabağ”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

17415 oxunub

InvestAZ