XƏBƏR LENTİ
25 Sentyabr 2021
24 Sentyabr 2021
23 Sentyabr 2021
22 Sentyabr 2021
21 Sentyabr 2021
17 Sentyabr 2021



Moskva Olimpiadasından​ 40 il ötür
Olimpiya Hərəkatı 10:08 / 19.07.2020

40 il əvvəl iyulun 19-da Rusiyanın paytaxtı Moskvada 1980-ci il Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilib. Bu, şərqi Avropa ərazisində eləcə də sosialist ölkədə keçirilən ilk Olimpiya Oyunları idi.

Açılış mərasimi Moskvanın V.İ.Lenin adına mərkəzi stadionunda keçirilib. Oyunların açılışını SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Leonid İliç Brejnev elan edib. Yarışlar iyulun 19-dan avqustun 3-dək təşkil olunub. Qeyd edək ki, yarışlarının bir hissəsi Sovet İttifaqının digər şəhərlərində keçirilmişdi. Yelkənli reqat Tallində, futbol turnirinin ilkin oyunları və dörddəbir finalı Kiyev, Leninqrad və Minsk şəhərlərində təşkil olunmuşdu. Güllə atıcılığı üzrə yarışlar isə Mtişi şəhərinin "Dinamo” atıcılıq mərkəzində keçirilmişdi. Oyunlar həmçinin 1979-cu ildə sovet qoşunlarının Əfqanıstan ərazisinə yeridilməsi ilə əlaqədar 60-dan çox ölkənin etrazı ilə yadda qalıb. Lakin buna baxmayaraq, Oyunları boykot edən ölkələrin bəzi idmançıları Moskvaya gəlib, Olimpiya bayrağı altında çıxış etdilər.
Xatırladaq ki, Medal sayına görə Olimpiya Oyunlarının qalibi SSRİ yığması oldu. Sovet komandasının aktivində 80 qızıl, 69 gümüş və 46 bürünc medal olub. İkinci yeri Almaniya Demokratik Respublikası, üçüncü yeri isə Bolqarıstan yığması tutub.


13723 oxunub

InvestAZ