XƏBƏR LENTİ
14 Yanvar 2026
13 Yanvar 2026
12 Yanvar 2026
09 Yanvar 2026
08 Yanvar 2026
07 Yanvar 2026
06 Yanvar 2026
05 Yanvar 2026
03 Yanvar 2026
01 Yanvar 2026
29 Dekabr 2025



Məşqçi-müəllimlər üçün “1-ci dərəcə” məşqçi kursu keçiriləcək
İdman 16:25 / 12.12.2024

Azərbaycan Voleybol Federasiyası (AVF) növbəti dəfə məşqçi-müəllimlər üçün "1-ci dərəcə” məşqçi kursu təşkil edəcək.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, tədbir dekabrın 17-22-si aralığında Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçiriləcək.

Kursda Bakı Regional Voleybol Klubunun tərkibindəki şəhər və rayonlardan olan məşqçi-müəllimlər iştirak edəcəklər. Nəzəri və praktik hissələrdən ibarət olacaq dərsləri AVF-nin Təlim və aşağı yaş qruplarının rəhbəri Cengiz Akarçeşme keçəcək.

Sonda imtahandan uğurla keçəcək iştirakçılar AVF-nin "1-ci dərəcə” sertifikatını alacaqlar.

Qeyd edək ki, federasiya tərəfindən avqustun 9-12-si aralığında Qəbələdə, sentyabrın 21-26-sı aralığında Sumqayıtda "1-ci dərəcə” məşqçi kursu keçirilib.

AVF Bakıda və digər bölgələrdə birinci dərəcə ilə yanaşı, ikinci və üçüncü dərəcəli kurslar da təşkil edəcək. "1-ci dərəcə” sertifikatı almış məşqçi-müəllimlər yerli çempionatlarda məşqçilik edə biləcəklər. Hər üç dərəcəni alacaq mütəxəssislər isə FIVB-nin Level-1 seminarında iştirak hüququ qazanacaqlar.


14209 oxunub

InvestAZ