XƏBƏR LENTİ
17 Noyabr 2025
16 Noyabr 2025
15 Noyabr 2025
14 Noyabr 2025
13 Noyabr 2025
12 Noyabr 2025



Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasını təbrik edib
İdman 21:22 / 10.08.2024

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesablarında bədii gimnastika üzrə qrup hərəkətləri komandasını Yay Olimpiya Oyunlarında tarixi nəticəyə imza atması münasibətilə təbrik edib.

"Olimpiyadunyasi.com" paylaşımı təqdim edir:

"Əhsən! Sizinlə fəxr edirəm! Əziz gimnastlar, sizin zəhmətiniz, mətanətiniz və ən yaxşı olmaq istəyiniz sayəsində əldə olunan tərəqqi göz qabağındadır! Məharətinizə, qələbə əzminizə və ən mürəkkəb elementləri zərifliklə yerinə yetirdiyinizə görə sağ olun! Sizə yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram! Sizi sevirəm!”.


15756 oxunub

InvestAZ