XƏBƏR LENTİ
10 Dekabr 2025
09 Dekabr 2025
08 Dekabr 2025
07 Dekabr 2025
06 Dekabr 2025
05 Dekabr 2025
04 Dekabr 2025



Gimnastlarımız Budva sınağını 17 medalla başa vurdular
İdman 14:33 / 04.06.2024

Azərbaycanın bədii gimnastları Monteneqronun Budva şəhərində keçirilmiş "Montenegro Cup” beynəlxalq turnirində uğurla çıxış ediblər.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yığmamızın üzvləri 6 qızıl, 5 gümüş və 6 bürünc olmaqla, ümumilikdə 17 medal qazanıblar.

Böyüklər arasında Mədinə Dəmirova halqa və gürzlərdə qızıl, lent və toplarla hərəkətdə gümüş, Zəhra Cəfərova isə halqa və lent proqramında bürünc mükafata sahib çıxıb.

Gənclərin yarışında Nilufər Oruclu B kateqoriyasında halqa və toplarla çıxışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Şəms Müvəffəqi topla birinci, gürzlər və lentlə ikinci, halqada isə üçüncü yeri tutub. Mədinə Abbaslı isə top, gürzlər və lentlərlə hərəkətlərin icrasında bürünc mükafata yiyələnib.

Yeniyetmələrin mübarizəsində Nur Sadıqova və Məryəm Baloğlanova gürzlərdə qüvvəsini sınayıblar. Onlar müvafiq olaraq, qızıl və gümüş medal əldə ediblər.


20970 oxunub

InvestAZ