XƏBƏR LENTİ
12 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026
31 Mart 2026



Azərbaycan və Çexiyanın antidopinq qurumları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
İdman 15:08 / 24.05.2024

Bakıda Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) ilə Çexiya Antidopinq Komitəsinin rəhbərliyi arasında görüş olub.

AMADA-nın mətbuat xidmətindən verilən məlumata görə, toplantı zamanı tərəflər qadağan edilmiş vasitələrin və üsulların istifadəsinə qarşı mübarizə sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri, təcrübə mübadiləsinin aparılması məqsədilə anlaşma memorandumunun imzalanması imkanlarını müzakirə ediblər.

Hər iki tərəf antidopinq proqramlarının təkmilləşdirilməsinə yönəlmiş innovativ layihələr üzərində birgə fəaliyyətdə maraqlı olduğunu bildirib.

Görüşdə idmançılara və idmançı köməkçi heyətinə dərman vasitələrinin Ümumdünya Antidopinq Agentliyinin (WADA) qadağan edilmiş siyahısında olub-olmadığını yoxlamağa imkan verəcək mobil proqramın hazırlanmasına xüsusi diqqət yetirilib.

Bu proqram təmiz idmanın təmin edilməsində və idmançıları qadağan edilmiş maddələrin qəsdən istifadəsindən qorumaqda mühüm vasitə olacaq.

Çexiya Antidopinq Komitəsinin rəhbəri Martin Çizjek AMADA ilə əməkdaşlıq etmək imkanından məmnun olduqlarını bildirib.

AMADA-nın icraçı direktorunun müavini Rüfət Efendiyev öz növbəsində bu tərəfdaşlıqda böyük potensial gördüklərini vurğulayıb: "Mobil tətbiqin hazırlanması kimi innovativ yanaşmalar, bizə antidopinq standartlarını yeni səviyyəyə qaldırmağa imkan verəcək”.



25467 oxunub

InvestAZ