XƏBƏR LENTİ
21 İyun 2024
20 İyun 2024
16 İyun 2024
15 İyun 2024
14 İyun 2024
13 İyun 2024
12 İyun 2024
11 İyun 2024
10 İyun 2024



Azər Əliyev: “Bütün idman növlərində medala yiyələnmək üçün böyük potensialımız var”
İdman 11:28 / 06.06.2023
Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyevin "Olimpiya dünyası” qəzetinə eksklüziv müsahibəsini çoxsaylı oxucularımıza təqdim edirik.


- Azər müəllim, Azərbaycan dünyanın idman dövlətlərindən biridir. Atletlərimiz beynəlxalq yarışlarda daim böyük uğurlar qazanırlar. Polşada keçiriləcək III Avropa Oyunlarına az vaxt qalıb. İdmançılarımızın bu Oyunlarda çıxışlarını necə dəyərləndirirsiniz?

- Azərbaycan idmançıları bütün beynəlxalq yarışlarda iştirak etməyə layiqdirlər. Bizim artıq indi bütün idman növləri üzrə idmançılarımız var. Ənənəyə uyğun olaraq, biz həmişə döyüş idman növləri üzrə güclü olmuşuq. Lakin bu yaxınlarda Bakıda keçirilən bədii gimnastika üzrə 39-cu Avropa çempionatında çox böyük uğur qazandıq. Bu çempionatda böyüklərdən ibarət qrup hərəkətləri komandamız ölkəmizin gimnastika tarixində ilk dəfə olaraq, Avropa çempionatının qızıl medalına layiq görüldü. Bu onun göstərir ki, bizim bütün idman növlərində medala yiyələnmək üçün böyük potensialımız var. Ölkəmizdə bütün idman növlərinin hamısında iştirak edə bilmək üçün şərait var. Mən ümid edirəm III Avropa Oyunlarında da ən yaxşı nəticəni göstərəcəyik. Bu oyunlarda bizim ən çox sevdiyimiz güləş idman növü olmasa da, inanıram ki, biz orada yenə də layiqincə və güclü çıxış edəcəyik.

- Ölkəmizdə Olimpiya Hərəkatı və idman kütləvi xarakter alıb. Uşaq və yeniyetmə idmanına da xüsusi diqqət yetirilir. İdmanla məşğul olan uşaq və yeniyetmələrə nə arzu edərdiniz?

- Çox istərdim ki, bütün uşaq və yeniyetmələrimiz idmanla fəal surətdə məşğul olsunlar. Çünki idmanla məşğul olanlar həm fiziki, həm də mənəvi cəhətdən sağlam olurlar. İdman insanda həyatda lazım olan bir çox mənəvi və fiziki keyfiyyətləri, xüsusilə sağlam həyat tərzini, zəhmətsevərliyi, vətənpərvərliyi və nizam-intizamı formalaşdırır. İdmanla məşğul olan uşaq və yeniyetmələrə arzu edirəm ki, onlar idmanda qarşılarına qoyduqları bütün məqsədlərə çatsınlar. Öz uğurları ilə idman arenalarında Azərbaycanın bayrağını qaldırıb, himnini səsləndirməyə nail olsunlar.

- Siz ən çox hansı idman növünü sevirsiniz?

- Deyə bilmərəm ki, mənim sevdiyim yalnız bir idman növü var. Hamı kimi mən də futbola baxmağı sevirəm. Böyük idman nailiyyətləri qazandığımız cüdo, güləş və döyüş idman növlərini də çox bəyənirəm. Mən özüm uzun illər pouerliftinqlə məşğul olmuşam və bu idman növü üzrə çıxışlar etmişəm. İndi də idman zalına gedirəm və öz fiziki formamı saxlayıram və eləcə də üzməyi sevirəm.

9997 oxunub

InvestAZ