XƏBƏR LENTİ
12 İyul 2025
11 İyul 2025
10 İyul 2025
09 İyul 2025
08 İyul 2025
07 İyul 2025
04 İyul 2025
03 İyul 2025
01 İyul 2025
27 İyun 2025
26 İyun 2025



2 boksçumuz Qızıl kəmər seriyasında yarımfinala vəsiqə qazandı
İdman 12:36 / 06.02.2023
Azərbaycanın 2 boksçusu Mərakeşdə Qızıl kəmər seriyası çərçivəsində keçirilən turnirdə yarımfinala yüksəlib. 67 kq-da Nəbi İsgəndərov və 71 kq-da Sərxan Əliyev ən güclü 4 boksçu arasına düşməklə bürünc medalı təmin ediblər.

İsgəndərov Atomani Baroufun (Komor adaları) ardınca 1/4 finalda Selbi Dlamini Tabisoya (Esvatini) da qalib gəlib. Avropa çempionatının mükafatçısı yenə 5:0 (30:26, 30:27, 30:25, 30:26, 29:28) hesablı qələbə sayəsində mərhələ adlayıb. O, yarımfinalda Abdulhakim Akramla (Seyşel adaları) münasibətinə aydınlıq gətirəcək.

Əliyev Sarohatua Lumbantobinqin (İndoneziya) ardınca Alimami Kristian Toması (Sierra Leone) da məğlub edib - 5:0 (30:26, 30:27, 30:27, 30:27, 30:26). Dünya çempionatının bürünc medalçısı finala vəsiqə uğrunda Stiv Kulenquluka (Konqo Demokratik Respublikası) ilə qüvvəsini sınayacaq.

Digər boksçulardan Tayfur Əliyev (60 kq) Vsevolod Şumkovla (Rusiya), Məhəmməd Abdullayev (+92 kq) Dieqo Lensi (İtaliya) ilə qarşılaşıb. Rəqiblər mərhələ adladığından Azərbaycan təmsilçiləri 5-ci yeri tutublar. Bu mövqe onların hərəsinə 400 reytinq xalı qazandırıb.

Qeyd edək ki, yarışın 5-ci günündə 1/4 final mərhələsində yığmanın daha 3 üzvü rinqə çıxacaq. Məsud Yusifzadə (51 kq) Duqlas Trindadeni (Braziliya), Ümid Rüstəmov (57 kq) Jan Kaysedonu (Ekvador) və Malik Həsənov (63,5 kq) Qabil Məmmədovu (Rusiya) sınağa çəkəcək.


22202 oxunub

InvestAZ