XƏBƏR LENTİ
14 Aprel 2026
13 Aprel 2026
10 Aprel 2026
09 Aprel 2026
08 Aprel 2026
07 Aprel 2026
06 Aprel 2026
05 Aprel 2026
04 Aprel 2026
03 Aprel 2026
01 Aprel 2026



Karateçilərimiz Avropa çempionatını 6 medalla başa vurdular
İdman 10:08 / 06.02.2023
Azərbaycan karateçiləri Kiprin Larnaka şəhərində yeniyetmə və gənclərin 50-ci Avropa çempionatında 6 medal qazanıb. Mükafatların üçü qızıl, biri gümüş, ikisi isə bürüncdür. Aysu Əliyeva (-59 kq) 16-17 yaşlı qızların yarışında, Fərid Savadov (-55 kq) eyni yaş qrupunda oğlar arasında, Əminağa Quliyev isə (-60 kq) 21 yaşadək gənclərin turnirində Avropa çempionu olub. Gülay Orucova 14-15 yaşlı yeniyetmələr arasında gümüş medala, eləcə də Rahim Əzim (70+) eyni yaş qrupunda, Hüseyn Məmmədli isə 21 yaşadək gənclərin yarışında bürünc medala sahib olub.
Salman Salmanov (kata) 14-15 yaşlı yeniyetmələrdə, Fatima Məmmədova (-47 kq) isə onunla eyni yaş qrupunda kumite yarışlarının bürünc mükafatını əldən verib. Bu nəticə ilə Azərbaycan ümumi komanda hesabında 4-cü yeri tutub. 3 yaş qrupu üzrə 50-ci qitə çempionatında 48 ölkədən 1114 karateçi iştirak edib.
Azərbaycan Milli Karate Federasiyasının prezidenti və Avropa Karate Federasiyasının İdarə heyətinin üzvü Yaşar Bəşirov idmançıları mükafatlandırma mərasimində iştirak edib.


25451 oxunub

InvestAZ