XƏBƏR LENTİ
22 Mart 2026
20 Mart 2026
19 Mart 2026
18 Mart 2026
17 Mart 2026
16 Mart 2026
14 Mart 2026
13 Mart 2026



Mbappeni saxlamaq olmur
İdman 10:02 / 24.01.2023
PSJ Fransa Kubokunun 1/16 final mərhələsi çərçivəsində ölkənin 6-cı divizionunda çıxış edən "Pei de Kassel” komandası ilə qarşılaşıb. Paris təmsilçisi 7:0 hesablı qələbə sayəsində növbəti mərhələyə adlayıb.
Bu oyun parislilərin hücumçusu Kilian Mbappe üçün əlamətdar olub. O, "Pei de Kassel”lə qarşılaşmada 5 qol vurub. 29, 34, 40, 56 və 79-cu dəqiqələrdə fərqlənən fransalı futbolçu PSJ-də pentatrikə imza atan ilk oyunçu kimi tarixə düşüb. Neymar (33) və Karlos Soler (64) isə hərəyə bir dəfə fərqləniblər. Xatırladaq ki, PSJ Fransa kubokunun 1/8 finalında Marsel "Olimpik”i ilə qarşılaşacaq.


25445 oxunub

InvestAZ