SON XƏBƏRLƏR
-
09.10.2026, 16:15
İdmanIII Beynəlxalq Xankəndi Ultramarafonu: İkinci mərhələnin qalibləri müəyyənləşib
-
09.10.2026, 15:12
İdmanBakıda Avropa Su İdmanı Federasiyasının inklüzivliyə həsr olunmuş konfransı keçirilib
-
09.10.2026, 13:34
İdmanZelim Kotsoyev dünya çempionatında mübarizəni dayandırdı
-
09.10.2026, 12:51
MOKMOK-un nümayəndə heyəti AOK-un 46-cı Seminarı və Olimpiya Həmrəyliyi Formunda iştirak edir
-
09.10.2026, 11:28
İdmanAzərbaycan Premyer Liqasında yeddinci tura start verilir
-
09.10.2026, 11:09
İdmanBasketbol Liqasında ikinci tur başlayır
-
09.10.2026, 10:55
İdmanOlimpiya çempionumuz dünya çempionatına qələbə ilə başladı
-
09.10.2026, 10:36
İdman8 boksçumuz Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
-
09.10.2026, 10:01
İdmanOlimpiya çempionumuz dünya çempionatında mübarizəyə başlayır
-
08.10.2026, 18:41
İdmanDünya çempionatı: Murad Fətiyev bürünc medal qazandı
-
08.10.2026, 15:56
MOKMOK-un nümayəndə heyəti AOK-un 46-cı Seminarı və BOK-un Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcək
-
08.10.2026, 15:49
İdmanCüdo üzrə dünya çempionatına həsr olunmuş "Tarixə toxunan" adlı sərgi açılıb
-
08.10.2026, 15:18
İdmanDünya çempionatı: Murad Fətiyev bürünc medal uğrunda yarışacaq
-
08.10.2026, 11:02
İdmanAvropa çempionatı: İki boksçumuz yarımfinala vəsiqə qazanıb
-
08.10.2026, 10:53
İdmanAzərbaycan Kuboku: Bu gün daha 3 oyun keçiriləcək
-
08.10.2026, 10:40
İdmanIII Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib
-
08.10.2026, 10:35
İdmanBeynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüş olub
-
08.10.2026, 10:04
İdmanDünya çempionatında beşinci yarış gününə start verilir
-
07.10.2026, 21:44
İdmanZelim Tçkayev finaldakı məğlubiyyətin səbəbini açıqladı
-
07.10.2026, 20:34
İdmanÖmər Rəcəbli: "Qazandığım medalı atama həsr edirəm"
-
07.10.2026, 19:09
İdmanDünya çempionatı: Zelim Tçkayev gümüş medal qazandı
-
07.10.2026, 18:46
İdmanCüdoçumuz 25 il sonra Bakıda atasının uğurunu təkrarladı
-
07.10.2026, 18:37
İdmanCüdoçumuz 25 il sonra Bakıda atasının uğurunu təkrarladı
-
07.10.2026, 18:15
İdmanLotar Matteus: "Cüdo məni özünə valeh edir"
-
07.10.2026, 15:27
İdmanDünya çempionatı: Cüdoçumuz finala vəsiqə qazandı
-
07.10.2026, 14:58
İdmanDünya çempionatı: Zelim Tçkayev yarımfinala vəsiqə qazanıb
-
07.10.2026, 14:53
İdmanCüdoçumuz bürünc medal uğrunda yarışacaq
-
07.10.2026, 13:14
İdmanCüdoçumuzdan dünya çempionatında növəti qələbə
-
07.10.2026, 12:59
İdmanParakamandan oxatma üzrə millimiz təlim-məşq toplanışında iştirak edir
-
07.10.2026, 12:49
İdmanDaha bir cüdoçumuz dünya çemponatına qeəbə ilə başladı
-
07.10.2026, 12:26
İdmanDünya çempionatının bürünc mükafatçısından uğurlu başlanğıc
-
07.10.2026, 12:02
İdmanBeşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib
-
07.10.2026, 11:46
İdmanDünya çempionatı: Cüdoçumuzdan uğurlu start
-
07.10.2026, 11:03
İdmanAzərbaycan Kubokunda yeni mövsüm başlayır
AMADA voleybolçular üçün maarifləndirici tədbir keçirib
İdman
12.08.2026, 14:24
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) tərəfindən Azərbaycan Voleybol Federasiyasında yeniyetmə idmançılar, onların valideynləri və məşqçilərinin iştirakı ilə maarifləndirici görüş təşkil olunub.
Olimpnews.az AMADA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.12-ci bəndinin icrası, həmçinin AMADA ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında imzalanmış Tədbirlər Planına uyğun olaraq keçirilib. Görüşün məqsədi gənc idmançıların narkotik vasitələr, psixotrop maddələr və dopinqin insan sağlamlığına, eləcə də idman karyerasına mənfi təsirləri barədə məlumatlandırılması olub.
AMADA-nın əməkdaşı çıxışında Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilmiş narkotik vasitələrdən istifadənin tibbi, sosial və hüquqi nəticələri, habelə dopinqin yaratdığı təhlükələr və qadağan olunmuş maddə və üsullarla mübarizə istiqamətində görülən tədbirlər barədə ətraflı məlumat verib.
Görüş zamanı narkotik vasitələrdən istifadəyə səbəb olan risk amilləri, psixoaktiv maddələrin fiziki və psixi sağlamlığa mənfi təsiri, mövcud hüquqi mexanizmlər və profilaktik tədbirlərin əhəmiyyəti diqqətə çatdırılıb. Eyni zamanda, dopinqdən istifadənin yarada biləcəyi fəsadlar, psixoloji problemlər, idmanda ədalətli rəqabət prinsiplərinin pozulması və antidopinq qaydalarının pozulmasına görə tətbiq olunan sanksiyalar barədə məlumat verilib.
Tədbirdə yeniyetmə voleybolçuların sağlam həyat tərzinə təşviqi, onların asudə vaxtının səmərəli təşkili və zərərli vərdişlərdən uzaq durmalarının vacibliyi də vurğulanıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.