XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Konya-2021: Taekvondoçumuz gümüş medal qazandı
İdman 21:46 / 11.08.2022

V İslam Oyunları çərçivəsində keçirilən taekvondo yarışlarının ikinci gününə yekun vurulub. İkinci günü taekvondo millimiz gümüş medalla başa vurub. Komandamızın aktivinə növbəti gümüş medalı Minayə Əkbərova (46 kq) qazandırıb. M.Əkbərova Alia Besanı (İordaniya), Zukhrakon Tojimatova (Özbəkistan) qalib gələrək finala vəsiqəni təmin edib. Həlledici qarşılaşmada mərakeşli Sahib Soukainaya isə məğlub olaraq yarışın gümüş medalına layiq görülüb. Beləliklə, 3 gündən sonra Azərbaycan taekvondo millisinin hesabındakı medalların sayı 5-ə (1-2-2) çatıb. Belə ki, ötən yarış günləri Fəridə Əzizova (67 kq) qızıl, Cavad Ağayev (68 kq) gümüş, Qaşım Maqomedov (58 kq) və Patimat Abakarova (49 kq) isə bürünc mükafata yiyələnib.


14855 oxunub

InvestAZ