XƏBƏR LENTİ
19 Aprel 2024
18 Aprel 2024
17 Aprel 2024



Mariya Stadnik: “Finalda nisbətən çox güləşdim ki, qızım narazı qalmasın”
İdman 10:28 / 11.08.2022

«Övladlarım ilk dəfə tribunada mənim mübarizəmi izlədilər. Hər dəfə xalça üzərinə çıxanda övladlarım məni qələbəyə səsləyiblər. Qızım dedi: Ana 1,5 saat gözlədim ki, çıxıb mübarizə aparacaqsan. Sən isə çox qısa zamanda qalib gəldin. Ona görə də finalda nisbətən çox güləşdim ki, qızım narazı qalmasın”.

Bu sözləri Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarının qadın güləşi yarışlarında qızıl medal qazanan Azərbaycan təmsilçisi Mariya Stadnik jurnalistlərə müsahibəsində deyib.

Uzun fasilədən sonra xalçaya qayıdan M.Stadnik yalnız ilk görüşdə psixoloji təzyiq hiss etdiyini söyləyib: "Sonradan hər şey qaydasına düşdü. Qələbəmi Azərbaycan xalqına həsr edirəm. İstərdim ki, idmandakı uğurlarımız insanlara sülh və əmin-amanlıq gətirsin”.

Titullu güləşçimiz sentyabrın 10-18-də Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya çempionatında iştirakını planlaşdırdığını bildirib: "Övladlarım mənə deyirlər ki, burada bu cür qələbələr qazanmısansa, dünya çempionatına mütləq qatılmalısan”.


12482 oxunub

InvestAZ