XƏBƏR LENTİ
28 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



PSJ vaxtından əvvəl çempion oldu
İdman 12:02 / 22.04.2019


Daha bir "böyük beşlik” ölkəsində ölkə çempionu olan klubun adı rəsmiləşib. PSJ-nin ən yaxın izləyicisi olan "Lil” səfərdə "Tuluza” ilə səfər oyununda qolsuz heç-heçə edib.
Bununla da PSJ ardıcıl ikinci, ümumilikdə isə səkkizinci dəfə Fransa çempionu olub. PSJ isə öz matçında "Monako”nu 3:1 hesabı ilə məğlub edib. Bu matçda Kilian Mbape het-trik edib, rusiyalı Aleksandr Qolovin təsəlli qoluna imza atıb.
Qeyd edək ki, İtaliyanın "Yuventus” klubu da PSJ kimi çempionatın başa çatmasına beş tur qalmış ölkə çempionluğunu rəsmiləşdirib.

20846 oxunub

InvestAZ