XƏBƏR LENTİ
18 Aprel 2024
17 Aprel 2024
16 Aprel 2024



Ronaldodan növbəti rekord
İdman 14:45 / 21.04.2019

Turinin "Yuventus" klubu ardıcıl 8-ci dəfə İtaliya çempionu olub. Bu çempionluq klubun portuqaliyalı futbolçusu Kriştianu Ronaldo üçün xüsusilə əlamətdar hadisə ilə yadda qalıb. Belə ki, o, İngiltərə, İspaniya və İtaliya çempionatlarının qızıl medallarını qazanan ilk futbolçu olub.
Ronaldo daha əvvəl "Mançester Yunayted"in heyətində üç dəfə İngiltərə çempionu, "Real"la isə iki dəfə İspaniya çempionatının qalibi olub.
Otuz dörd yaşlı futbolçu "Yuventus"a ötən ilin yayında 117 milyon avro qarşılığında "Real"dan keçib. Onun klubla müqaviləsi 2022-ci ilə qədər nəzərdə tutulub.

19264 oxunub

InvestAZ