XƏBƏR LENTİ
29 Mart 2024
27 Mart 2024
26 Mart 2024
25 Mart 2024



Klassiklərimiz Romada birinci oldular
İdman 11:00 / 24.06.2022
İtaliyanın paytaxtı Romada güləş üzrə Matteo Pellikone turniri keçirilir. Yarışın ikinci günündə yunan-Roma güləşi üzrə sonuncu təmsilçimiz xalça üzərinə çıxıb. Ülvü Qənizadə (72 kq) təsnifat mərhələsində 23 yaşadək güləşçilər arasında Avropa çempionu Kristian İştvan Vançaya (Macarıstan) qalib gəlib - 5:1. Güləşçimiz dörddəbir finalda eyni hesabla moldovalı Valentin Petiçi üstələyib. Ü.Qənizadə yarımfinalda norveçli Haavard Yorgenseni məğlub edib - 3:1. Ancaq təmsilçimiz finalda litvalı Kristupas Sleyvayla güləşməyib. Ayağından zədələndiyi üçün həlledici görüşdə iştirak etməyən millimizin üzvü gümüş medalla kifayətlənib.

Beləliklə, millimiz reytinq turnirini 9 medalla başa vurub. 4 qızıl, 3 gümüş və 2 bürünc medal əldə edən yığmamız 148 xal toplayıb. Azərbaycan komanda hesabında 1-ci yeri tutub. Ölkəmiz 2-ci pillədə qərarlaşan Macarıstanı 46 xal qabaqlayıb. İran isə 98 xalla isə 3-cü olub.

20146 oxunub

InvestAZ