XƏBƏR LENTİ
16 Aprel 2024
15 Aprel 2024
14 Aprel 2024
13 Aprel 2024
12 Aprel 2024



Voleybol Federasiyasının İdarə Heyətinin geniş iclası olub
İdman 10:16 / 16.06.2022
Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanovun rəhbərliyi ilə İdarə Heyətinin geniş iclası keçirilib.

İclasda AVF-in İdarə Heyətinin üzvləri, federasiya nümayəndələri və milli komandaların məşqçi, menecer və həkim heyəti iştirak ediblər.

İclasda qarşıda duran vəzifələr, voleybolun inkişafı, milli komandaların çıxış edəcəyi Avropa çempionatının təsnifat mərhələləri, V İslam Həmrəyliyi Oyunlarına komandaların hazırlığı haqqında fikir mübadiləsi aparılıb.

C.Qurbanov bildirib ki, voleybol hər zaman ölkəmizdə sevilən idman növlərindən olub. Pandemiyadan sonra bəzi çətinliklərin olmasına baxmayaraq, ölkə çempionatının təşkilini xatırladan federasiya rəhbəri klubların heyətində yer alan oyunçuların əksəriyyətində gənclərin olmasını sevindirici hal kimi qiymətləndirib. O voleybolu bölgələrimizdə də inkişaf etdirmək və gənc qız və oğlanlar üçün lazımi şərait yaradılması barədə tapşırıqlarını verib.

AVF-in vitse-prezidentləri Faiq Qarayev, Cəlil Cəfərov, Əbülfəz Hüseynov və baş katib Fərid Xəlilov görülən işlər haqqında məlumat veriblər. Milli komandaların baş məşqçiləri, həkimlər isə oyunçuların hazırkı durumu və təlim-məşq toplanışlarının necə keçdiyindən danışıblar. Onlar voleybolçular üçün hər cür şəraitin yaradıldığını bildirib və hazırlığın proqramını federasiya prezidentinə təqdim ediblər.

C.Qurbanov çıxışları dinlədikdən sonra bildirib ki, idmançı olmaq çox çətin və şərəflidir. "Bu gün əsas hədəf qarşıdakı yarışlarda uğurlu çıxış etməkdir. Çalışmalıyıq ki, milli komandalarımızla bərabər gənclərimiz və klublarımız da yaxşı formada olsunlar”, - deyə Cavid Qurbanov bildirib.

Bölgələrdə voleybolun inkişaf yolları, həmçinin klublarla iş birliyi barədə də müzakirələr aparılıb, İdarə Heyətinə lazımi göstərişlər verilib.

14901 oxunub

InvestAZ